Ötən mövsüm icarə əsasında “İnter”də çıxış edən Romelu Lukaku karyerasını yenə də bu klubda davam etdirə bilər.

İtaliya mətbuatının məlumatına görə, Milan klubu hazırda Belçika millisinin hücumçusunun transfer hüququna sahib çıxmaq üçün “Çelsi” ilə danışıqlar aparır. Romelunu  heyətində saxlamaq üçün “İnter” londonlulara 30 milyon avro və bonuslar təklif edir. Xatırladaq ki, ötən mövsüm Lukaku bütün turnirlər nəzərə alınmaqla “İnter”in heyətində keçirdiyi 37 oyunda 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.  Onun  İngiltərə klubu ilə müqavilə müddəti  2026-cı ilin yayında başa çatır.